Beynəlxalq partnyorlar - İZİA PTM | İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi

Bildungswerk der Baden-Württembergische Wirtschaft

SMBS – Swiss Montreux Business School

Holcim Azərbaycan ASC

“TWI Ltd” şirkəti